Azərbaycanda gənclər festivalı açılır

Gəncə festivalı
Image caption Təşkilatçılar festivalın 2 ildən bir keçiriləcəyini bildirirlər.

Şənbə günündən etibarən Gəncə şəhərində 48 ölkədən 100-dən artıq gəncin iştirakı ilə Dünya Gənclər Festivalı keçiriləcək.

Müstəqilliyin 20 illiyi münasibətilə keçirilən tədbirin məqsədi gənclərə Azərbaycanı kəşf etməyə, ölkənin tarixi, mədəniyyəti, ənənələri haqda məlumat verməkdir.

Festivalda gənclərin “Nizami Gəncəvi günlərində” iştirak etmək şansı da olacaq.

Oktyabrın 20-si yekunlaşacaq tədbiri Gəncə Şəhər Gənclər İdman Baş İdarəsi, Gələcəyə Körpü və İrəli Gənclər İctimai Birlikləri birgə keçirir.