Hüsni Mübarək məhkəmə iclasında iştirak edib

Mübarək
Image caption Hüsnü Mübarək məhkmədə

Misirin keçmiş prezidenti Hüsni Mübarək azadlğa çıxdıqdan 3 gün sonra məhkəmə prosesində iştirak edib.

3 gün əvvəl Misirin keçmiş prezidenti iki il həbsdə olduqdan sonra ev dustağı vəziyyətinə keçirilib.

Hüsni Mübarəkin bugün məhkəmə prossesində iştirak etməsi onun 2011-ci ildə etirazçıların qətlində iştirak etməsi ittihamı ilə bağlı olub.

Müttəhimlər üçün barmaqlıqlarla ayrılmış yerdə Hüsnü Mübarək iki oğlu, keçmiş DİN rəhbəri və daha 6 nəfər təhlükəsizlik əməkdaşı ilə bərabər oturub.

Bundan əvvəl, digər bir məhkəmə prosesində Müsəlman Qardaşlığı təşkilatının rəhbəri və onun iki müavininin məhkəməsinin təxirə salınması barədə qərara qəbul edilib.

Məhkəmə qısa iclasdan sonra, təhlükəsizlik amililə bağlı Mohammed Badie, Khairat al-Shater və Rashad Bayoumi-nin prossesə gətirilmədiyinə görə, onların məhkəməsinin oktyabrın 29-a kimi təxirə salınması barədə qərar qəbul edib.

Bazar günü Misirin keçmiş prezidenti Hüsni Mübarək Qahirədə keçirilən məhkəmə prosesində əlil arabasında, gözündə qara eynək, əynində isə ağ rəngli idman paltarı geyərək peyda olub.

Məlumatlara görə, 85 yaşlı Hüsni Mübarək məhkəməyə hərbi hospitaldan helikopterdə gətirilib.

Prosesdə məhkəmə dinləmələri sentyabrın 14-dək təxirə salınıb.

Bu barədə daha geniş