Hüsni Mübarək üç illik həbs cəzası alıb

Hosni Mubarak Fotonun müəllifi AP
Image caption Hosni Mubarak avqustda həbsxanadan Qahirədəki hərbi xəstəxanaya köçürülüb

Misirin keçmiş prezidenti Hüsni Mübarək məhkəmənin qərarına görə üç illik həbs cəzası alıb. Misir məhkəməsi onu ictimai vəsaitləri mənimsəməkdə təqsirli bilib.

Onun iki oğlu Alaa və Gamal həmçinin günahkar bilinib və onlara dörd illik həbs hökmü oxunub.

Hər üç nəfər 3 milyon dollar cərimə olunub və ittihamlara görə oğurladıqları 17.6 milyon dolları qaytarmalıdırlar.

86 yaşlı cənab Mübarək həmçinin səlahiyyətlərindən sui-istifadə etməkdə və 2011-ci ildə başlayan və onun devrilməsilə nəticələnən aksiyalarda etirazçıları öldürmək ittihamlarına görə mühakimə olunur.

2012-ci ildə o və keçmiş daxili işlər naziri Habib al-Adly bu ittihamlara görə ömürlük həbs cəzası almışdı, amma 2013-cü ilin yanvar ayında kassasiya məhkəməsi texniki səbəblərə görə onların şikayətini təmin etdi və işin yenidən baxılmasına qərar verildi.

Cənab Mübarək avqustda həbsxanadan Qahirədəki hərbi xəstəxanaya köçürülüb. Hazırda o burada, ev həbsində saxlanılır.