Misir: Hüsnü Mübarəkə həbs cəzası kəsilib

Fotonun müəllifi AP

Misirin sabiq lideri və onun iki oğlu “prezident sarayları” işi üzrə təkrar keçirilən prosesdə çixarılmış məhkəmə hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hüsnü Mübarəklə oğulları dövlət başçısı iqamətgahlarının təmir və bərpasına ayrılmış vəsaitləri mənimsəməkdə təqsirkar tanınıb.

Məhkəmə qanunsuz əldə edilmiş 18 milyon dollara yaxın büdcə vəsaitinin şəxsi əmlakın təmirinə yönəldiyini bildirir.

Hüsnü Mübarək bu ittihamlarla bağlı artıq məhkum edilmişdir.

Lakin daha yuxarı instansiya məhkəməsi iddialarla əlaqədar təkrar prosesin keçirilməsinə dair qərar çıxarıb.

Sabiq prezidentin vəkili hökmə qarşı apellyasiya şikayəti verəcəyini istisna etməyib.

2013-cü ildə Hüsnü Mübarək saxlanıldığı həbsxanadan Qahirədəki Maadi hərbi hospitalına keçirilib.

Bu barədə daha geniş